Beynin Absesi — kəllə boşluğunda irinin məhdud şəkildə toplanmasıdır. Abseslərin üç tipi ayırd edilir: beyindaxili, subdural və epidural. Baş beyin abseslərinin simptomları irinliyin yerləşməsindən və ölçülərindən asılıdır. Patologiyanın klinikası spesifikliyə malik deyil və həcmi olan istənilən törəmənin klinikasına müvafiq ola bilər. Baş beynin abseslərinin diaqnostikası baş beynin KT və ya MRT-i ilə aparılır. Kiçik ölçülü abseslər zamanı konservativ müalicə həyata keçirilir. Baş beyin mədəciklərinin yanında yerləşən, həmçinin kəllədaxili təzyiqin kəskin yüksəlməsinə səbəb olan abseslər cərrahi müdaxilə tələb edir, cərrahi müdaxilə mümkün olmadıqda abses stereotaksik punksiya olunur.
✅Səbəbləri
• Kəllənin başqa bir hissəsindəki bir infeksiya - birbaşa beyinə yayıla bilən qulaq infeksiyası, sinüzit və ya diş absesi;
• Bədənin başqa bir hissəsindəki bir infeksiya - məsələn, sətəlcəmin qanla beyinə yayılmasına səbəb olan infeksiya
• Ağır bir baş zədəsi kimi travma - çatların kəlləni açması, bakteriyaların və ya göbələklərin beyinə girməsinə imkan yaradır
✅Simptomları:
• Baş ağrısı - tez-tez şiddətli olan, başın tək bir hissəsində yerləşən və ağrıkəsici ilə aradan qaldırıla bilməyən baş ağrısı
• Zehni vəziyyətdəki dəyişikliklər - qarışıqlıq və ya əsəbilik kimi
• Bədənin bir tərəfində əzələ zəifliyi, iflic kimi sinir funksiyasındakı problemlər
• Hərarət
• Ürəkbulanma/qusma
• Psixiatrik simptomlar
• Görmə dəyişiklikləri - bulanıklaşma, görmə bozarması və ya ikiqat görmə kimi (absesin optik sinirə təzyiq göstərməsi səbəbindən) və s.
Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00(WhatsApp)