Populyar məqalələr

B7 vitamini
27.09.2017 1452

B Vitamin kompleksinin tərkib hissəsindən biri olan B7 vitamini biotin olaraq da bilinir. B7 vitamini yağ, karbohidrat və zülal metobalizmində iştirak edir.

Biotin saç və dırnaq sağlamlığında xüsusi rola sahibdir. Yetkin insanlarda B7 vitamini əksikliyinin əsas səbəbi çiy yumurtadır, belə ki, çiy yumurtanın ağında olanda avidin adlı zülal biotinin orqanizm tərəfindən sorulmasına mane olur.

Biotin əksikliyi zamanı aşağıdakı əlamətlər özünü büruzə verir:

  • Saç tökülməsi
  • Dırnaqların asanlıqla qırılması
  • İştahasızlıq
  • Depressiya
  • Yuxusuzluq
  • Əzələlərdə ağrı

B7 vitamini əsasən aşağıdakı qida məhsullarında zəngindir:

  • Tuna balığı
  • Yumurta
  • Toyuq
  • Süd məhsulları
  • İçalat
  • Göbələk
  • Qoz
  • Ispanaq
  • Badam