Populyar məqalələr

B3 vitamini
23.08.2017 1593

B3 vitaminin digər adı niasindir. B3 vitamini karbohidrat mübadiləsi prosesində B1 və B2 vitaminləri ilə birgə yer tutur.

Qidalardan alınan triptofandan orqanizm B3 vitaminini əldə edir.

B3 vitamininin faydaları

  • B3 vitamini sinir sistemi üçün faydalıdır
  • Karbohidrat, zülal və yağın orqanizm tərəfindən istifadəsinə yardım edir
  • Qan dövranını stabilləşdirir.
  • Xolesterinin normal səviyyədə olmasını təmin edir.

B3 vitaminin kəskin şəkildə çatışmazlığı olduqda pelleqra xəstəliyi özünü büruzə verir. Depressiya yorğunluq, yaddaş problemləri, həzm sistemində narahatlıqlar özünü göstərir. B3 vitaminin azlığı xərçəng xəstəliyinə tutulma riskini artırır.

B3 vitamini ilə zəngin olan qidalar

  • Süd
  • Pendir
  • Yumurta
  • Ət
  • Kartof
  • Qəhvə
  • Tuna balığı
  • Əncir