Populyar məqalələr

B1 vitamini
08.06.2017 1481

Suda əriyən vitaminlərdən olan B vitaminləri qavrama, yaddaş və diqqəti gücləndirir. Zehni və fiziki sağlamlığı qoruyur.

Tiamin olaraq da bilinən B1 vitamini enerji mübadiləsində xüsusi rol oynayır. Eyni zamanda sağlam sinir sistemi üçün faydalıdır. Əksik olduğu təqdirdə yorğunluq, depressiya, əsəbilik, diqqətsizlik, yaddaş problemləri, iştahasızlıq, gücsüzlük özünü büruzə verə bilər. Həddən artıq əskik olduğunda isə beriberi xəstəliyinə və ya Wernicke-Korsakoff sindromuna səbəb olur.

Buğda, çovdar, lobya, kartof, yaşıl noxud, tuna balığı, ispanaq, badımcan, günəbaxan tumu B1 vitamini ilə zəngindir.