Populyar məqalələr

Anosmiya
18.09.2017 1244

İnsanın burnu iyibilmə qabiliyyəti ilə yanaşı bir çox vəzifəni həyata keçirir. Müxtləlif ətirləri duymaqla yanaşı, qaz sızması, yanıq ətri ilə insanı ola biləcək təhlükələrdən qoruyur.

İyibilmə qabiliyyəti qismən (hyposmiya) və ya tamamilə (anosmiya) itirilə bilər. Bununla yanaşı, səbəbinə bağlı olaraq müvəqqəti və ya daimi ola bilər.

Soyuqdəymə müvəqqəti və qismən iyibilmə qabiliyyətinin itirilməsinin ən geniş yayılmış səbəblərindəndir. Burnun qırılması, burunda inkişaf edən poliplər də müvəqqəti, qismən iyibilmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Yaş faktoru iyibilmə qabiliyyətinin zəifləməsinə və daimi olaraq itirilməsinə səbəb olur.

Müvəqqəti iyibilmə qabiliyyətinin itirilməsinə aşağıdakılar səbəb ola bilər:

  • Kəskin sinuzit
  • Soyuqdəymə
  • Allergik rinit
  • Qrip

Burunda hava axınının qarşısını alan səbəblər:

  • Burun daxilindəki sümüyün deformasiyası
  • Nazal poliplər
  • Şişlər

Beyin və ya sinir travması nəticəsində:

  • Yaşlanma
  • Alzeymer
  • Beyin damarlarında anevrizma
  • Diabet
  • Parkinson
  • Paget xəstəliyi
  • Şüa terapiyası
  • Sink əksikliyi