Populyar məqalələr

Ana südünün faydaları
19.05.2017 1274

Ana südü körpələr üçün ən yaxşı və təbii qidadır. Vaxtında doğulmuş körpənin bütün ehtiyaclarını 6 ay ərzində qarşılayır. Körpənin immun sistemini gücləndirmək üçün 2 yaşınadək ana südünün verilə bilər.

Ana südünün faydaları:

  • Hər zaman sterildir.
  • Yeni doğulan krpə üçün ən yaxşı təbii qidadır.
  • Həzm sisteminə yardımcı aktiv enzimlər, infeksiyanın qarşısını alan və immun sistemini gücləndirən maddələr vardır.
  • Ana südü ilə qidalanan körpələrdə, tənəffüs yolu və həzm sistemi infeksiyaları daha az rast gəlinir.
  • Allergiyaya səbəb olmaz, ana südü ilə qidalanan körpələrdə allergiya olma riski azalır.
  • Körpə ilə ana arasında xüsusi sevgi bağının qurulmasına səbəb olur.
  • Körpənin fiziki əqli inkişafında əhəmiyyətli rolu vardır.
  • Əmizdirən analarda süd vəzi və uşaqlıq boynu xərçənginə daha az rast gəlinir.

Doğuşdan sonra anada ilk yaranan sarı südə ağuz südü (lat. colostrum) deyilir. Körpəni xəstəliklərdən qoruyur. İlk südün miqdarı az olsa da, körpəni qidalanması və bağırsaqların fəaliyyəti üçün kifayət edir. Ağuz südündə yüksək miqdarda zülal və immun sistemini gücləndirən immunoglobulin vardır. Mütəxəssislər körpənin ağuz südündən kifayət qədər faydalana bilməsi üçün doğuşdan sonra 2 saat ərzində körpənin əmizdirilməsi vacibdir.