Xəbərlər

Altsheymer
29.01.2022 273

Altsheymer xəstəliyi yavaş başlayan, lakin hər gün sürətlə inkişaf edən xəstəlikdir. Xəstəlik zamanı yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması müşahidə olunur. Xəstəliyin tam olaraq səbəbi bilinməsə də 70% hallarda genetikamızla bağlıdır. Beyin zədələnmələri, təzyiqin yüksək olması, həmçinin depressiya kimi amillər də xəstəliyə asanlıqla yol açır.

Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, 85 yaşdan yuxarı insanların təxminən 50%-i bu xəstəlikdən əziyyət çəkir.
Altsheymer xəstəliyinin universal dərmanı yoxdur. Amma xəstənin vəziyyətini yaxşılaşdırmaq və normallaşdırmaq mümkündür. Bunun üçün isə vaxtında diaqnoz qoymaq və uyğun müalicə kursu seçmək lazımdır.
Altsheymerin ilkin simptomları zamanı dərhal Hekim Nevroloqa müraciət etmək və həyat tərzini tamamilə dəyişmək lazımdır. Hərəkət aktivliyinin və intellektual aktivliyin, söhbətin olmaması, vitamin çatışmazlığı, pis vərdişlər (spirtli içki və tütün məmulatları) xəstəliyi sürətləndirə və onun inkişafına təkan verə bilər.

Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)