Alqologiya tibbi müalicənin təsir etmədiyi ağrılarda sinirə və ya onurğaya birbaşa olaraq tətbiq edilən müalicə üsulları ilə məşğul ola bir elmdir.
Alqologiya xəstələrin dəyərləndirilməsi, müalicəsi, xroniki ağrıları olan xəstələrin yaşam tərzinin düzəldilməsi ilə məşğuldur.
Alqologiyada tətbiq olunan üsullar periferik sinir bloku, oynaq içi inyeksiya, transkütanöz elektrik sinir xəbərdarlığı, trigger nöqtə inyeksiya kimi sadə üsullardan; epidural inyeksiya, epiduroskopiya, periferik sinir radiofrekans tətbiqi kimi minimal invaziv üsullara və hətta dorsal kök ganglionlarının blokajı ilə onurğa beyni xəbərdarlığı kimi yüksək texnologiya məhsulu olan müalicə üsullarını əhatə edir.
Əvvəllər ağrı bir simptom sayılırdı. Hal-hazırda isə və xəstələr uğurla müalicə edilir, ağrı ən qısa müddətdə və ən təsirli bir şəkildə aradan qaldırılır, xəstələrin ağrısız, keyfiyyətli yaşamı təmin edilir.
Həkim Alqoloq ilə işləyən müayinələr və müalicə işləri:
• Bel və boyun ağrı;
• Baş ağrıları (miqren və başqa baş ağrıları);
• Əzələ ağrıları (fibromialgiya, miofasial ağrılar);
• Üz ağrıları-Nevralgiyalar;
• Kirəcləşməyə (duzlaşma) bağlı ağrılar (kürək, çiyin, diz və başqaları);
• Sümük əriməsinə (osteoporoz) bağlı ağrılar;
• damar tutulması ilə bağlı ağrılar (vaskulitlərdə);
• Şəkərli- diabet xəstəliyi ilə bağlı ağrılar;
• Xərçəng xəstəliyinin ağrıları;
• Nevropatik ağrılar;
• Disk yırtığı əməliyyatının sonrakı keçməyən ağrılar (epidural fibrolizis) və s.
Həkim T.Ü.F.D Dr. Veysəl Kərimov