Populyar məqalələr

A vitamini
26.05.2017 1289

A vitamini dəri, diş, sümük və toxumaların qorunmasında əsas rollardan birini oynayan vitaminlər arasındadır. Eyni zamanda gözlərdəki torlu qişada (retina) olan piqmentlərin yaranmasında iştirak etdiyi üçün “retinol” olaraq da adlandırılır. A vitamini zəif işıqda görmə qabiliyyətini inkişaf etməsinə və göz sağlamlığına müsbət təsir edir.

A vitamini həm bitki mənşəli, həm də heyvan mənşəli qidalarda vardır. A vitamini göz sağlamlığını qorumaq üçün əhəmiyyətli rol oynayır.

Nyu-York Universiteti Tibb fakültəsinin araşdırmalarına əsasən A vitamininin mütəmadi olaraq qəbul edilməsi zaman keçdikcə yarana biləcək görmə problemlərinin qarşısını alır. Embrionun inkişafı və böyüməsi üçün vacib olan hüceyrə çoxalmasında vacib yer tutur. Sızanaqların yaranmasının qarşısını alır.

A vitamini qaraciyər, balıq yağı, yumurta, süd kimi heyvan mənşəli qidalarda olur. Pro vitamin şəklində isə brokoli, kök, bibər, balqabaq daxil bir çox meyvə və tərəvəzdə vardır.