Xidmətlərimizə daxildir:
Koronar arter xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi (stent implantasiyası, bypass əməliyyatları)
Ürək qapaq xəstəliklərinin cərrahi və minimal invaziv müalicəsi (TAVI və digər prosedurlar)
Aorta və digər böyük damar xəstəliklərinin cərrahi müdaxiləsi (TEVAR, EVAR)
İşemik insult və serebrovaskulyar xəstəliklərin endovaskulyar müalicəsi
Periferik damar xəstəliklərinin diaqnostikası və minimal invaziv müdaxiləsi
Mexaniki sarılıq və öd yollarının endovaskulyar müalicəsi
Pediatrik ürək cərrahiyyəsi: konjenital ürək qüsurlarının diaqnostikası və müalicəsi və s.
Bizim yanaşmamız:
Hər xəstəyə fərdi və təhlükəsiz tibbi yanaşma
Minimal invaziv və açıq cərrahi üsullarla optimal nəticə
Müasir diaqnostik avadanlıq və beynəlxalq protokollara uyğun müalicə
Postoperativ reabilitasiya və uzunmüddətli izləmə və s.
Ürək və Damar Cərrahiyyəsi bölməmiz xəstələrin ürək və damar sağlamlığını qorumaqda etibarlı tərəfdaşınızdır. Erkən diaqnostika və peşəkar cərrahi müdaxilə həyat keyfiyyətinizi və ömrünüzü xeyli yaxşılaşdırır.