Müasir dövrdə ürək-damar xəstəlikləri artıq bir çoxlarımızı narahat edən problemlərdəndir, buna əlbətdəki yaşam tərzimiz böyük təsir göstərməkdədir. Gedərək pozulan qida rasiyonumuz (ürəyə faydalı yeməklər yerinə bol yağlı yemək növlərinin seçilməsi), sürətli şəhərləşmənin və texnologiyanın gətirdiyi fiziki hərəkətsizlik və stress, artan siqaret alışqanlığı bəzən hətta ölümlə nəticələnən ürək-damar xəstəlikərinin səbəblərindəndir.
Ürək-damar cərrahiyyəsi bölümündə ürək-damar xəstəlikərində tədbiq edilən bütün müasir cərrahi əməliyyatlar xaricdə mütəxəssiləşmiş həkimlərimiz tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.