Stomatoloji bölməmiz müasir standartlara uyğun və yüksək keyfiyyətli stomatoloji xidmət təklif edir. Burada siz müxtəlif növ diş, çənə və ağız boşluğunda olan xəstəlik və anomaliyaların həlli yolunu tapa bilərsiniz. Bizə müraciət edən hər bir pasiyentə fərdi yanaşılır və tətbiq olunan hər bir diaqnostik və ya müalicəvi manipulyasiya yalnız individual şəkildə aparılır. Bizim məqsədimiz pasiyentlərimizə yüksək keyfiyyətli tibbi xidmət göstərmək və müalicənin nəticəsindən qane olmalarını təmin etməkdir. Apardığımız hər bir stomatoloji prosedur bu sahədə tətbiq olunan ən son müalicə metodların və müasir tibbi avadanlıqların vasitəsi ilə tam steril şəraitdə həyata keçirilir. Bundan əlavə, hər bir xəstəliklərin dəqiq diaqnostikasını təmin etmək üçün şöbəmizdə quraşdırılmış dental vizioqraf və ortopantomoqramma aparatlarından istifadə edilir.