İnvaziv Radiologiya

İnvaziv Radiologiya - Radiologiyanın bir bölümüdür. İnvaziv Radiologiya (İR) son illərdə tibbin ən çox inkişaf etmiş sahələrindən biridir. İR aparılan əməliyyatlar əksər hallarda Angioqrafiya (latın sözü olub angio-damar, grafiya-çəkirəm) cihazı ilə təchiz olunmuş əməliyyatxanada aparılır.

İnvaziv radioloq - angioqrafiya, kompüter tomoqrafiya, usm, rentgen cihazların köməyi ilə əməliyyatlar aparan ixtisasçıdır.

Bu gün artıq dünya praktikasında aparılan invaziv radioloji prosedurlar, əməliyyatların əksəri ölkəmizdə uğurla aparılır. İnvaziv Radioloji əməliyyatlar, cərrahi əməliyyatlarla müqayisədə daha az riskli və daha az travmatikdir. İnvaziv Radioloji metodların üstünlükləri: Bütün әmәliyyatlar yerli keyitmə ilә aparılır və nadir hallarda ümumi anesteziyaya ehtiyac olur, xәstәlәri ümumi anesteziya və cərrahi müdaxilənin fәsadlarından qoruyur, cərrahi kәsiyә və ümumi anesteziyaya ehtiyac olmadığı üçün әmәliyyatdan sonrakı reabilitasiya dövrü çox qısa olur, xəstə qısa zamanda xəstəxanadan evə yazılır və gündəlik həyatına davam edir, cərrahi müalicə ilә kombinasiya oluna bilər, bəzi xəstə qruplarında alternativi olmayan tək müalicə metodudur, təkrarlamaq mümkündür.

  • Anevrizma
  • Xroniki çanaq ağrısı sindromu
  • Diabetik ayaq
  • Miomalar
  • Uşaqlıq qanaxmaları
  • İşemik insult
  • Böyrəkdə damar tutulması
  • Şahdamar tutulması
  • Mexaniki sarılıq və öd yollarının bədxassəli törəmələri
  • Ayaqda damar tutulması
  • Burqer xəstəliyi
  • Varikosel
  • Beyin anevrizmalarının invaziv yolla müalicəsi (coil embolizasiyası).
  • Beyindaxili arterio-venoz malformasiyaların (AVM) endovaskulyar müalicəsi (embolizasiya).
  • İşemik insult zamanı erkən dövrdə (ilk 6-8 saatda) invaziv yolla tıxanmış damarın açılması (trombolizis, endovaskulyar tromb və ya tıxanmaya səbəb olan ateromanın çıxarılması.
  • Kəlladaxili və ya kəlləxarici (yuxu arteriyası) beyin damar daralmalarının stenoz (ballon) angioplastikası və stent ilə açılması.
  • İntra/ekstrakranial AVF embolizasiyası.
  • TAKE (kemoembolizasiya)
  • Uşaqlıq miomalarının cərrahi kəsiksiz ən az travmatik müalicəsi (Uşaqlıq Miomalarının Embolizasiyası)
  • Uşaqlıq qanaxmalarında ən az ağrılı metodla, cərrahiyyəsiz qanaxmanın dayandırılması
  • Qaraciyәr xərçənginin kimyәvi embolizasiyası
  • Qida borusu və mədə-bağırsaq sisteminin daralmalarında stent taxılması
  • Qaraciyәr bədxassəli törəmələrinin kimyәvi embolizasiyası
  • Öd yollarına perkutan biliar drenaj və stent taxılması
  • İntra/ekstrakranial şişlərin əməliyyat öncəsi embolizasiyası

Həkimlər