HEMATOLOGİYA

Hematologiya bölməmiz hematoloji poliklinika, stasionar xəstə şöbəsi, aferez bölməsi və qan bankından ibarət olmaqla, kompleks və ixtisaslaşmış tibbi xidmətlər təqdim edir. Bölmə beynəlxalq standartlara uyğun olaraq xəstə baxımı, təhlükəsizlik və komfort prinsipləri əsasında dizayn edilmiş, müasir tibbi texnologiyalarla tam təchiz olunmuşdur.

Hematoloji poliklinika bölməsində xəstələrin klinik simptomları ətraflı qiymətləndirilir, diaqnostik nəticələr əsasında fərdi müalicə protokolları hazırlanır və dinamik müşahidə aparılır. Xüsusi yüksək filtrasiya sistemləri ilə təchiz edilmiş stasionar şöbə infeksion risklərin minimuma endirilməsi məqsədilə təşkil olunmuşdur və uzunmüddətli müalicə tələb edən xəstələr üçün təhlükəsiz mühit təmin edir.

Bölmənin tərkibində fəaliyyət göstərən Qan Bankında qan və qan komponentlərinin hazırlanması, saxlanması və təhlükəsiz şəkildə istifadəsi həyata keçirilir. Aferez bölməsində isə terapevtik və donor aferez prosedurları müasir avadanlıqlar vasitəsilə icra olunur.

Multidisiplinar yanaşma əsasında fəaliyyət göstərən Hematologiya bölməmizdə xoşxassəli və bədxassəli qan xəstəlikləri olan pasiyentlərə yüksək həssaslıqla yanaşılır və beynəlxalq müalicə protokollarına uyğun fərdi terapiya proqramları tətbiq edilir. Multipl miyelom, limfomalar, kəskin və xroniki leykozlar, aplastik anemiya və digər hematoloji xəstəliklərin diaqnostika və müalicəsi üzrə ixtisaslaşmış tibbi xidmətlər təqdim olunur.

  • Anemiyalar - irsi və qazanılmış
  • Trombositopeniyalar
  • Laxtalanma pozğunluqları
  • Kəskin leykozlar (limfoblast və mieloblast)
  • Xroniki leykozlar (limfoid və miyeloid)
  • Limfomalar (Hodgkin və Non-Hodgkin)
  • Multipl Miyelom
  • Miyelodisplastik sindrom
  • Miyeloproliferativ xəstəliklər
  • Sümük iliyinin aspirasiya və biopsiyası
  • Qan və qan elementlərinin hazırlanması, dondurulması və saxlanılması
  • Terapevtik aferez - plazmaferez, eritrositaferez, leykoferez, trombositoferez, fotoferez
  • Donor aferezi - tromboferez, limfosit, granulosit və kök hüceyrənin toplanması

Həkimlər