Damar cərrahiyyəsi

Gəncə Beynəlxalq Xəstəxanasında hec bir kəsik aparılmadan genişlənmiş damarlarınız lazer və ya radiofrekansın köməyi ilə müalicə olunur. Siz ümumi anesteziya almır və 2 saat sonra aktiv həyata davam edə bilirsiniz. Ən əsas isə klassik əməliyyatdan fərqli olaraq damar çıxarılmır və ayaqlarda heç bir iz qalmır. Həmçinin, Varikozun ən çox yayılmış müasir müalicə üsullarından biri – SKLEROTERAPİYADIR! Bu müalicə metodu heç bir kəsik aparılmadan 15 dəqiqə davam edən prosedurla həyata keçirilir.

  • Varikoz xəstəliyi
  • Venoz çatışmazlığı
  • Venoz trombozu
  • Obliterasiya edici ateroskleroz
  • Arterial trombozu
  • Arterial və venoz anevrizmalar
  • Bütün növ damar xəstəliklərinin müayinəsi
  • Ultrasəs müayinə
  • Angioqrafik müayinə
  • Varikoz xəstəliyin cərrahi müalicəsi
  • Flebektomiya
  • Radiofrekans Ablasiya
  • Lazer Ablasiya
  • Skleroterapiya
  • Periferik arteriaların xəstəliklərinin cərrahi müalicəsi