Xəstəxanamızın əməliyyat bloku dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunaraq, ayrı-ayrı 4 əməliyyat otağını özündə birləşdirir. Xəstəxanada demək olar ki, bütün növ cərrahi əməliyyatlar uğurla həyata keçirilir – ümumi cərrahiyyə, uroloji, kardioloji, ginekoloji, plastik-estetik-rekonstruktiv, burun-qulaq-boğaz, neyrocərrahı, endokrin cərrahiyyəsi, həmçinin travmatologiya və ortopediya aid əməliyyatlar. Xəstəxanada icra olunan bütün əməliyyatlar tibbin son standartlarına cavab verən anestezioloji xidmət ilə təmin olunur.
Cərrahi əməliyyatdan sonrakı xəstələr, eyni zamanda müxtəlif ürək-damar, həzm, tənəffüs, sidik-ifrazat sisteminin ağır xəstəlikləri, toksikoloji və digər reanimasiya tələb edən xəstəliklər ilə daxil olan xəstələrə nəzarət və müalicə məhz reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilir.
Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi ən müasir narkoz-tənəffüs aparatları, süni tənəffüs aparatı, defibrillyator, monitor kompleksləri və avadanlıqlarla təchiz olunub. Xəstəxanada aparılan çoxsaylı əməliyyatları nəzərə alaraq, Reanimasiya bölməsində müasir avadanlıqlarla təchiz edilmiş 7 çarpayılıq reanimasiya zalı, həmçinin bir izolyasiya otağı fəaliyyət göstərir. Bütün yataqlar monitor, süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub.
Bölmədə xaricdən dəvət olunmuş yüksək ixtisaslı, təcrübəli həkim-mütəxəssis, həmçinin daxildə və xaricdə təhsil alıb, dünyanın aparıcı klinikalarında işləmiş və ya təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi çalışır.