Bu unikal müalicə üsulu səs dalğalarının tibbi məqsədlə istifadəsinə əsaslanır. Müalicə proseduru çox aşağı tezlikli (eşidilməyəcək dərəcədə) səs dalğaları (akustik dalğalar). Cihazın təmas etdiyi nahiyədə bu akustik dalğalar toxumalarla yayılaraq sümüyə qədər nüfuz edir. Zərbə dalğalı terapiya həm iltihabı azaldır, həm də osteofitləri parçalama xüsusiyyətinə malikdir. Ağrı nahiyəsinə ultrasəs dalğaları 3-4 sm dərinliyə qədər ötürülür. Bu zaman zədələnmiş bağlarda və sümüklərdə yığılmış kalsi yığıntıları tədricən parçalanaraq yumşalır və qan vasitəsilə xaric olunur. Paralel olaraq regenerasiya prosesləri güclənir və nəticədə iltihab və ödem əlamətləri itir. Damarlar genişlənir, mikrosirkulyasiya güclənir və yumşaq toxumalarda hüceyrə bərpası sürətlənir.
Birinci seansdan sonra ağrı azalır, bütün kursu keçəndən sonra sağalma baş verir. Zərbə dalğalı terapiya zamanı vətər və bağlar möhkəmlənir. Prosedurun müddətini həkim təyin edir, seans 10 dəqiqədən 30 dəqiqəyə kimi davam edə bilər, kurs müalicə intervallarla 4-7 seans təyin olunur.
Zərbə dalğalı terapiyasına göstərişlər:
• Daban mahmızı və ya pəncə fassiti
• Epikondilit
• Podaqra
• Osteoxondroz, osteoartroz
• Axillodiniya
• Tendinoz, bursit, sinovit, liqamentoz
• Çiyin-kürək periartropatiyası
• Koksiqodiniya
• Miozit
• Əzələ-tonik sindrom
• Sınıqların gec bitişməsi
• Yalançı oynaqlar
• Travmadan,endoprotezdən sonra ağrılar zamanı
• Yastıayaqlıq
Zərbə dalğalı terapiya müalicəsi tətbiq olunan nahiyələrdə hansı dəyişikliklər izlənilir?
• Hüceyrədə maddələr mübadiləsi artır.
• Yerli qan dövranı yaxşılaşır.
• Kəskin və xroniki ağrılar azalır.
• Əzələlərin, vətərlərin, bağların zədələnmiş sahələrinin bərpası baş verir.
• Yerli iltihab və şiş azalır.
• 2-3 seansdan sonra xəstələrin 80%-də ağrılar əhəmiyyətli dərəcədə azalır.
Əlavə məlumat almaq üçün:
☎ (022) 303
☎ (022) 255 38 38
☎ (022) 255 83 83