Qeyri cərrahi yolla artıq çəkidən azad olmaq metodu olan - Mədədaxili balon bədən kütlə indeksi 27 və üzərində olan,10 ilə 30 kilo aralığında kilo verməsi lazım olan insanlar üçün istifadə olunan bir üsuldur.
Mədə balonu 18-70 yaş arası uyğun olan hər kəsə yerləşdirilə bilər.
Mədə balonu endoskopun yardımı ilə 10-15 dəqiqə ərzində qoyulur. Mədə balonu qoyulduqdan sonra aktiv həyata və işinizə davam edə bilərsiz. Mədə balonu 6 aydan sonra çıxarılır
Mədə balonu kim üçün istifadə olunmalıdır?
• 18 və 70 yaş arası uyğun olan insanlar
• 27+ bədən kütlə indeksi olanlar
• Mədə əməliyyatı prosedurlarını istəməyənlər və ya qısa müddətdə müəyyən bir kilo vermək istəyənlər üçün arıqlama üsulu kimi istifadə edilə bilər.
Kimlərə Mədə Balonu olmaz?
• Ağız və boğaz nahiyəsində dar anatomiya
• Keçirilmiş mədə cərrahiyəsi
• Mədədə kütlə
• Böyük özofagus yırtığı (>4 sm)
• Axalaziya
• Hədsiz alkoqol qəbul edənlər
• Anemiya
• Stabil olmayan Tiroid xəstəliyi
• Qaraciyər sirrozu
• Hamiləlik və südvermə
• Anamnezdə müalicə olunmamış koronar arteriya xəstəliyi və ya dekompensasiya olunmuş ürək çatışmazlığı olanlar və s.
Mədə balonu yerləşdirməzdən öncə uyğunluq testindən keçmək məqsədi ilə həkimlə məsləhətləşmək vacibdir.
Əlavə məlumat almaq üçün:
(022) 303
Xəbərlər
Kampaniyalar
Populyar məqalələr