Xəbərlər

ELASTOMETRİYA
14.09.2024 291
ELASTOMETRİYA ( Qaraciyərin müayinəsi) müayinə ilə hər hansı bir dəlik və kəsik olmadan bir neçə dəqiqə ərzində qaraciyərinizin nə vəziyyətdə olduğunu və hər hansısa bir problem olub olmadığını öyrənə bilərsiniz.
Qaraciyərin xroniki patologiyalarının diaqnostikası və müalicəsi müasir hepatologiyanın ən vacib problemlərindəndir. Bu xəstəliklərin proqresivləşməsinin əsas yolu fibrozlaşmanın etapla artması nəticəsində sirrozun inkişaf etməsi ilə müəyyən edilir. Fibrozun erkəndiaqnostikası zamanında müalicənin aparılmasına və proqresivləşmənin qarşısının alınmasına zəmin yaradır. Bu müayinə yalnız viruslu hepatitə yoluxan pasientlərə deyil, eyni zamanda alkaqol hepatitlərdə, diabetli xəstələrə, artıq çəkidən əziyyət çəkən insanlara, uzun müddətli dərman qəbul edən və autoimmun problemi olan xəstələrə də mütləq şəkildə təyin edilməlidir.
Pasient USM müayinədəki kimi uzanır və 5-15 dəqiqə müddətində heç bir ağrı olmadan, zədəsiz elastometriya təyin edilir. Müayinəyə ac olaraq gəlmək məsləhət görülür.
Elastometriyanın digər müayinə metodlarından üstünlükləri:
• Bütün yaş qruplarına tətbiq edilir.
• Müayinə aparılmasına xüsusi hazırlıq tələb olunmur.
• Müayinə dəri tamlığını pozmadan icra olunur.
• Bütün çəki qruplarına aid edilir.
• Müayinə metodu daha sadə və zərərsiz olduğundan bir neçə dəfə təkrar etmək olar.
• Müayinə müddəti qısa vaxt (5-15 dəqiqə) ərzində olur.
• Heç bir əks göstərişi yoxdur.
ELASTOMETRİYA ( Qaraciyərin müayinəsi) klinikamızda yüksək ixtisaslaşmış həkim radioloq Dr.Anar Mustafayev tərəfindən aparılır.
Sağlamlığınızı bizə etibar edin!

© 2024 Gəncə Beynəlxalq Xəstəxanası. Müəllif hüquqları qorunur.