Populyar məqalələr

GRAVES XƏSTƏLİYİ
14.09.2024 168
GRAVES XƏSTƏLİYİ - hipertiroidin ən yayılmış formalarından biridir. Graves xəstəliyi zamanı, immunsistemi, sağlam tiroid hüceyrələrinə qarşı savaşan immunoglobulinlər yaradır. İmmunoqlobulinlər tiroidin normadan çox tiroid hormonu ifraz etməsinə səbəb olur. Adətən Gaves xəstəliyinin əlamətləri hipertiroidi ilə oxşar olur.
Graves xəstəliyinin əsas əlamətlərindən biri də oftalmatiya adlandırılan göz qapağının arxaya çəkilməsi ilə göz yuvarlağının böyümüş kimi görsənməsidir.Gözdə olan bu narahatçılıq səbəbilə göz həkiminə müraciət edib, səhv müalicə alır, amma əsas problem Graves müalicəsiz qalır.
Graves xəstəliyinin əlamətləri :
• Konsentrasiya pozğunluğu
• Yoğunluq
• İstiyə qarşı həssaslıq
• Çox tərləmə
• Yuxusuzluq
• Qadınlarda aybaşı pozulması
• Əzələlərdə zəifləmə
• Sürətli və pozulmuş ürək döyüntüsü
• Nəfəs darlığı
• Arıqlamaq ( nadir hallarda kökəlmək ) və s.
Kimlər risk altındadır?
• Ailəsində Graves xəstəliyi olanlar
• Digər autoimmun xəstəlikləri olanlar
• 40 yaş altı qadınlar
• Siqaret çəkənlər
Əgər siz də bu çətinlikdən əziyyət çəkirsinizsə və hələ də müalicə üsulları haqda qərar qəbul etməmisinizsə, Gəncə Beynəlxalq Xəstəxanasının mütəxəssis həkim heyəti sizə bu narahatlığı aradan qaldırmağa kömək olacaqdır.

© 2024 Gəncə Beynəlxalq Xəstəxanası. Müəllif hüquqları qorunur.