Şizoid şəxsiyyət pozuntusu
28.10.2024
159
Şizoid şəxsiyyət pozuntusunun kəliməsini ilk dəfə istifadə edən tədqiqatçı Bleuler olmuşdur. O, şizoidləri içinə qapalı, şüphəcil, mübahisə etmək potensialları olmayan, soyuq münasibətləri ilə tanınan insanlar olaraq təsvir etmişdir.
Bu pozuntudan əziyyət çəkən insanlar sosyallaşmaqdan qaçaraq, daha çox yalnız qalmağı və həyatı planlamaq yerinə həyatın axışı ilə getməyi tərcih edərlər. Bütün duyğuları məhdud şəkildə yaşadıqları üçün ciddi fəlakətlərqarşısında belə çox passiv və sakit reaksiya verə bilərlər.
Şizoid şəxsiyyət pozuntusunun cəmiyyətə qatılımı da məhdud şəkildə olmaqdadır. Bu şəxslər ailə üzvləri də daxil olmaqla cəmiyyətin digər fərdləri ilə münasibət qurma istəyinə sahib deyillər.
Şizoid şəxsiyyət pozuntusunun ümumi diaqnostik göstəricilərinə baxaq:
1. Ailənin fərdi olmadığını düşünmək
2. Yaxın münasibətlərdən qaçmaq
3. Davamlı olaraq tək fəaliyyətə üstünlük vermək
4. Cinsi istəyin olmaması
5. Çox az fəaliyyətdən zövq almaq
6. Sadəcə məcbur olduqda birinci dərəcəli yaxınlar ilə əlaqə qurmaq
7. Başqalarının tərif və tənqidləri qarşısında reaksiyasız qalmaq və s.
Uşaqlıq dönəmində şəxsiyyət tipləri irsi meyllərin və ətraf mühit faktorunun qarşılıqlı təsiri ilə formalaşır. Bu dönəmdə uşaqda dünya haqqındaki fikirlərinin formalaşmasında genetik faktorlardan daha çox ailənin uşağa münasibəti vasitəsilə mümkün olur. Bu pozuntunun etimologiyasına baxdıqda da yaranma səbəbləri olaraq irsi amillərdən daha çox ətraf mühitin təsiri faktoruna diqqət çəkilir. Ətraf mühit faktorunu daha geniş aspektdə dəyərləndirdiyimiz zaman; ailənin sosyal demoqrafik vəziyyətini, valideynlər ilə qurulan münasibətin formasını, uşağın bağlanma stillərini, valideynlərin və uşağın travma keçmişlərini gözdən keçirmək lazımdır. Bu mövzuda aparılan klinik araşdırmalarda valideynlərin, özəlliklə də ananın uşağı ilə soyuq, emosiyasız və sevgisiz davranmasının gələcəkdə bu şəxsiyyət pozuntusunun yaranmasında önəmli rol oynadığı müəyyən edilmişdir.
Şizoid şəxsiyyət pozuntusunun müalicəsi isə bu sahədə peşəkar olan psixoterapevt tərəfindən aparılmaqdadır.