Populyar məqalələr

Zəncəfil
19.08.2017 1731

Zəncəfilin 3%-ni uçucu yağlar təşkil edir. Bununla yanaşı B3, B6, dəmir kalsium, fosfor, sodium, kalium, maqnezium mineralları ilə zəngindir.

Zəncəfil qan dövranının normal səviyyədə olmasını təmin edir. Zəncəfil ürək bulanması və qusmaya qarşı faydalıdır. Bununla yanaşı, zəncəfil soyuqdəyməyə müsbət təsir edir, gün ərzində 2-3 xörək qaşığı zəncəfil qəbul etməklə qrip və soyuqdəymədən tezliklə sağalma mümkündür.

Mədə xəstəliklərinə müsbət təsir edir, həzmi asanlaşdırır, bağırsaq xərçənginə tutulma riskini azaldır.