Populyar məqalələr

Xoruldama
24.05.2017 1496

Xoruldamaq nəfəs alan zaman havanın dar bir nahiyədən keçməsi nəticəsində ətrafındakı yumşaq toxumaların titrəməsi ilə yaranır. Darlıq artdıqca təbii olaraq xoruldama da artacaqdır. Xoruldamanı yaradan darlıq əksərən burundakı bir patologiyaya deyil, dil kökündə və yumşaq damaqda olan anatomik dəyişikliklərə bağlıdır.

Qadınlarla müqayisədə kişilər daha çox xoruldayırlar. Xüsusilə artıq çəkili kişilərdə (əsasən arxası üstə yatan zaman) qarın kütləsinin diafraqmaya göstərdiyi təzyiqi, dilin arxaya doğru hərəkəti, udlağın ətrafındakı yumşaq toxumaların yuxuya bağlı olaraq boşalması nəticəsində xoruldama özünü büruzə verir. Qadınlarda menapauzadan sonrakı dövrdə hormonal dəyişikliklər zamanı xoruldama özünü büruzə verə bilir.

Əgər xoruldama yuxunu bölmürsə tənəffüs problemlərinə bağlı olaraq özünü büruzə vermirsə, bu xoruldama sadə xoruldamadır.

Sadə xoruldamaya görə əsasən pasiyent ətrafındakı insanların təkidi ilə həkimə müraciət edir.

Sadə xoruldama zamanı artıq çəkidən azad olmaq, yatmazdan əvvəl spirtli içkilərdən istifadə etməmək, axşam yüngül yeməklər yemək, yastığı hündür etmək, burun üçün bantlardan istifadə etmək öz müsbət nəticəsini göstərir.