Populyar məqalələr

Xiyar
22.09.2017 2010

Yüzə yaxın növü olan xiyar dünyada ən çox yeyilən faydalı tərəvəzlərdəndir. Xiyarın tərkibinin 96 %-i sudan ibarətdir.

Xiyarın tərkibi B vitamini ilə zəngindir. Tərkibində B vitamini ilə yanaşı tərkibində K və C vitaminləri olan xiyar həm də kalorisi azdır.

Xiyar ürək-damar sistemi xəstəliklərinə tutulma ehtimalının qarşısını alır. Dəri sağlamlığı üçün xüsusi yerə sahibdir. Ona görə də xiyar üz dərisi üçün maskaların hazırlanmasında istifadə olunur. Həzm sisteminin normal çalışmasına yardım edir, sidikqovucu xüsusiyyətə sahibdir.

Xiyar qanda xolesterin səviyyəsini aşağı salır. Xiyar ağız qoxusuna qarşı da müsbət təsir edir.