Populyar məqalələr

Uşaqlarda xışıltı
01.03.2018 3827

Xışıltı aşağı tənəffüs yollarının obstruksiyası nəticəsində yaranan patoloji tənəffüs səsidir. İlk 2 yaşa qədər, xüsusən 6 ayından etibarən olan vizing əsasən infeksion mənşəli olub bronxiolit adlanır. Bəzi uşaqlarda bu obstruksiya tutmaları keçici xarakterli olsa da, bəzilərində məktəb yaşlarınadək davam edir. Məktəb dövründə davam edən tutmalar bronxial astma kimi qiymətləndirilir. Ümumiyyətlə başlamaq yaşına, davamlılığına və atopik əlamətlərinin olmasına görə 3 növ vizing ayırd edilir.

  1. Erkən yaşlarda olub keçici vizing
  2. Non atopik Vizing
  3. Atopik vizing (Astma)

Keçici vizing qrupuna daxil olan uşaqlarda obstruksiya yəni xışıltılı boğulma tutmaları 3 yaşdan əvvəl olur. 3 yaşdan sonra azala bilir. 11 yaşında isə tamamilə itə bilər.

Non atopik vizing davamlı obstruksiya olan xəstələrin 40 %-ni təşkil edir. Bu qrupa daxil olan uşaqlarda tutmalar əsasən virus infeksiyasindan sonra yaranır, xüsusəndə RSV virusu bu tutmaların 50%-nin səbəbi olur. Belə uşaqlar 11-13 yaşda remissiyaya girirlər.

Atopik vizing qruplu xəstələr davamlı obstruksiyalıların 60%-ni təşkil edir. Bu uşaqlarda atopik həssaslıq və ailədə astmalı xəstələr mövcuddur. Atopik dermatit və allergik rinit kimi digər allergik xəstəliklərdə obstruksiya tutmaları ilə birgə görülür. Bu qrup xəstələrə bronxial astma diaqnozu qoyulur.

Ümumiyyətlə, uşaqda 2 və daha artıq boğulma tutması, xüsusilə gecələr artan, uzun müddət davam edən öskürək, xışıltılı tənəffüs halları olarsa, mütləq Allerqoloqun müayinəsi lazımdır. Vaxtında qoyulan diaqnoz gələcəkdə yaranacaq bronxial astma xəstəliyinin qarşısını ala bilər.