31 May Ümumdünya siqaretdən imtina günüdür. Bu gün ilk dəfə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1987-ci ildə qeyd edilmişdir.
Siqaretin tərkibində 4000 kimyəvi birləşmə vardır. Onlardan 250-si sağlamlıq üçün zərərli, 50-si isə xərçəngə səbəb olan kimyəvi birləşmələrdir.
Siqaret çəkənlərin yarısının birbaşa ölüm səbəbi siqaretdir. Buna görə hər il 7 milyon insan həyatını itirir. Onlardan 6 milyonu aktiv siqaret çəkənlərdir, 890000 nəfəri isə siqaret çəkənlərlə eyni mühiti paylaşanlardır.
Siqaret çəkənlərin 80%-i, 1 milyarddan çox insan inkişaf etməkdə olan və kasıb ölkələrin sakinləridir.