PRICK TEST – ALLERGİK DƏRİ TESTİ NƏDİR?
Prick test (ingilis dilində iynə mənasını verir) allergik xəstəliklərin müəyyən edilməsi üçün dəri üzərində edilən testlərdən biridir. Prick test diaqnoz qoyulması üçün ən çox istifadə edilən, asan, düzgün, tez nəticə verən və az maliyyət tələb edən bir testdir. Prick testdə yoxlanılan allergenlər ətrafımızda olan ot, ağaclar, heyvan tükləri, ev tozları və qidalardır.
Əl biləyi və dirsək arasında qolun ön hissəsinə ( uşaqlarda kürək nahiyəsinə də oluna bilər) hər allergendən bir damla qoyulur ve prik testi üçün hazırlanmış xüsusi steril lanset ilə damla qoyulan nahiyədə dəri cızılır (qan çıxmayacaq şəkildə). 15 dəqiqə sonra test dəyərləndirilir. Əgər hər hansı bir maddəyə qarşı allergiyanız varsa, həmin allergenə uyğun bölgədə qırmızı qabarıqlıq əmələ gəlir.
Testin aparılması üçün yaş həddi yoxdur. Ancaq uşaqlarda 2 yaşından sonra aparılması məsləhətdir.
Müayinə Həkim Pediatr-Allerqoloq Dr.Elvira Qapaqova tərəfindən aparılır.
Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 83 83
(022) 255 38 38
(055) 500 71 00 (WhatsApp)