Xəbərlər

Stress test (Tredmill)
27.03.2021 968

Stress testi ürək damar sistemi xəstəliklərinin araşdırılması, müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyini isbat edilməsi və fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini təyin edən bir müayinə üsuludur.

Stress testi ürək əzələsinin funksional pozğunluğunu, daim fiziki və emosional yüklənmiş rejimdə olan insanların ürəyinin profilaktikası üçün əvəzsizdir. Xüsusən idmançılar, ağır işdə çalışanlar, sürücülər, rəhbər vəzifədə işləyənlər bu testdən mütəmadi keçməlidir.
Ürəyin fiziki yükə nə qədər dözümlü olub-olmamasını bilmək üçün həm sakit, dinc halda, həm də fiziki hərəkət zamanı test olunur.

Bu metoda 2 gün əvvəldən hazırlaşmaq lazımdır. Xəstənin şikayətlərinə görə kardioloq stress testini təyin edib, pasiyentə lazımi tapşırıqlarını verir. 1 sutka əvvəl xəstə bəzi preparatların, kofein tərkibli qidaların, içkilərin qəbulunu dayandırmalıdır. Test günü pasiyent ən azı 3 saat əvvəldən heç nə yeməməlidir, maye qəbulunu azaltmalı, test günü özü ilə qəbul etdiyi bütün dərman preparatlarını gətirməlidir.
Stress testi zamanı pasiyent qaçış aparatında hərəkət edəcək, ona görə idman üslublu, rahat geyim geyinməlidir.
Stress testin bir neçə növü var: ana damarlarda qan dövranında bloklanmanı yoxlamaq üçün. Bu zaman pasiyent qaçış xalçasında maksimal həddə çatana kimi qaçır. Bundan sonra pasiyentə xüsusi preparat vurulur və ürəyə qan axını izlənilir.

Radioaktiv indikatorlar vasitəsilə skan olunma – ürək tutmasını aşkar etmək üçün olunur. İnfarkt keçirmiş və ya keçirən, keçirmə riski olan xəstələrə olunur.