Populyar məqalələr

Serotonin- Xoşbəxtlik hormonu
02.03.2018 1647

İnsan beynində bir çox fərqli neyrotransmiter növləri vardır. Serotonin də onlardan biridir. Bütün neyrotransmitterlərin özlərinə məxsus mental funksiyaları vardır. Beyindəki neyronlar arasındakı əlaqəni təmin edən serotonin əksik olduğu zaman isə insan özünü depressiv, yorğun, halsız hiss edir.

Serotonin insan psixologiyasını, yuxusunu, yaddaşın güclü olmasını, bədən istiliyini, xoşbəxt hiss etməsini nizamlayan hormondur.

Tədqiqatlar kişilərdə qadınlara nisbətdə 50% daha çox serotonin ifraz olunduğunu göstərir.

Orqanizmdə serotoninin əksilməsinə səbəb olan faktorlar:

  • Stress
  • Dəmir, kalsiyum, maqnezium, sink, B3, B6, folik asid və C vitaminin əksikliyi
  • Yuxusuzluq
  • İnsulin rezistensi
  • Beyində qan dövranı pozğunluğu