Populyar məqalələr

Rektal prolapsus
05.09.2017 1548

Yoğun bağırsağın anusa yaxın olan nahiyəsi yəni rektumun anusdan xaricə çıxması rektal prolapsusdur Anus ətrafında yerləşən əzələlərin (sfinkterlər) zəifləməsi nəticəsində selikli maddənin axıntısı müşahidə oluna bilər. Həm qadında həm də kişilərdə rast gəlinir. Ancaq qadınlarda kişilərə nisbətən rast gəlinmə tezliyi 6 dəfə daha çoxdur, belə ki xəstələrin 80%-i qadındır. Çoxsaylı doğuşlar etmiş qadınlarda çanaqdakı orqanlarda sallanma rast gəlinir və bu vəziyyətə pelvik orqan prolapsusu deyilir.

Rektal prolapsusun yaranma səbəbləri aşağıdakılardır:

  • Xroniki qəbizlik
  • Çoxsaylı doğuş
  • Həddən artıq ishal
  • Parazit və dizenteriya infeksiyaları sonrası
  • Hirşprung xəstəliyi
  • Kistik fibroz xəstəliyi
  • Xroniki obstruktiv ağciyər xəstəliyi və həddən çox öskürmə
  • Həyatı boyu adət halına gəlmiş gücənmə
  • Nəcis yumşaldan dərmanların həddən artıq istifadəsi
  • Doğuşlardan sonra
  • Yaşın artması
  • Çanaqda yaranmış disfunksiya nəticəsində sidik tuta bilməmə (inkontinans)
  • Rektal poliplər
  • Onurğa beyində yaranmış travmalar nəticəsində
  • Bəzi sinir xəstəlikləri
  • Genetik faktor

Rektal prolapsus zamanı hemoroiddə olduğu kimi anusda qanama özünü büruzə verir. Ancaq hemoroiddən fərqli olaraq rektal prolapsus zamanı rektum anusdan xaricə çıxır. Rektal prolapsus zamanı aşağıdadkı əlamətlər müşahidə olunur:

  • Qəbizlik
  • Nəcisin tam boşalmaması
  • Mütəmadi olaraq gücənmə hissi
  • Qaz və nəcis saxlamama
  • Nəcisləmədə çətinlik

Diaqnoz xəstənin şikayətləri dəyərləndirilərək, anal nahiyə müayinə edilərək təyin edilir. Bağırsağın həddən artıq sallanması ödəmə səbəb olur, vaxtında qarşısı alınmazsa, bağırsaq nekrozuna səbəb ola bilər.

Rektal prolapsus 3 tip olaraq təsnif edilir.

Müalicəsi ancaq cərrahi müdaxilə ilə aparılır.