Populyar məqalələr

Rektal poliplər
25.09.2017 1326

Yoğun bağırsaqda ən çox rast gəlinən xəstəliklərdən biri də poliplərdir. Poliplər əsasən yoğun bağırsağın üzərini örtən selikli qişanın anormal şəkildə böyüməsidir. Yetkin insanlarda 15-20% rektal poliplər rast gəlinir. 50 yaşdan böyük insanlarda isə bu nisbət 40-50%-dək böyüyür.

Yoğun bağırsaq poliplərinin əsasən heç bir əlaməti yoxdur. Bu barədə həkim müayinəsində olanadək xəbərdar olmayacaq qədər səssiz inkişaf edir. Bəzi hallarda aşağıdakı əlamətləri büruzə verir:

  • Rektal qanama
  • Nəcisin rənginin dəyişməsi
  • Uzun müddət davam edən qəbizlik və ya diareya
  • Ağrı
  • Dəmir anemiyası

Rektal poliplər əsasən hər kəsdə özünü büruzə verə bilər. Xəstələrin 90%-dən çoxu 40 yaşından böyük insanlardır. Bu yaşdan sonra 10 il ərzində bağırsaq poliplərinin yaranması ehtimalı 2 dəfə artır.

Yüksək risk faktorları aşağıdakılardır:

  • Ailədə yoğun bağırsaq xərçəng və ya polip tarixçəsi olanlar
  • Ulserativ kolit və Kron xəstəliyi (8-10 ildən çox müddətdə xəstə olanlarda risk artır)
  • Süd vəzi, yumurtalıq, uşaqlı xərçəngi olanlar
  • 50 yaşdan böyük insanlar
  • Siqaret çəkmək
  • Spirtli içkiləri qəbul etmək
  • Artıq çəki

Diaqnoz əsasən kolonospiya müayinəsi, siqmoidoskopiya, nəcis analizləri vasitəsilə təyin edilir. Müalicəsi cərrahi üsulla aparılır.