Qulağın qaşınması bir çox səbəbə bağlı olaraq özünü büruzə verir. Qulağın qaşınan nahiyəsində qızartı, ağrı, qabıq qoyma və yara izi müşahidə oluna bilər.
Qaşınma bir qulaq infeksiyasının əlaməti ola bilər. Xarici qulaq yolu iltihabı qulaq infeksiyalarının ən çox yayılmış növlərindən biridir və əsasən üzgüçülərdə qulağa su daxil olduqda sonra içində su qalmasından sonra özünü göstərir. Buna görə də üzgüçü qulağı olaraq da adlandırılır.
Qulaq qaşınmasının digər səbəblərindən bəziləri böcək sancması, dəri allergiyaları və qulaq yaralanmalarıdır. Yaralar sağalma mərhələsində əsasən qaşınmaya səbəb olur.
Müalicəsi səbəbinə bağlı olaraq dərmanlarla aparılır.