Populyar məqalələr

Qulaq. Doğru bildiyimiz yanlışlar
05.03.2018 1559

Yanlış:Qulağın “qulaq çöpü” adlanan pambıqlı çubuqla təmizlənməsi.
Doğru: Bədən səthində -tüklü bölgələrdə daha çox olmaqla yayılan,tərkibi fermentlərdən və qoruyucu xarekterli digər maddələrdən ibarət olan, yağlı ifrazat hasil edən goblet hüceyrələr vardır. Qulaqda da bu bölgədə ifraz olunan maddənin pambıqlı çubuqla təmizlənməsi yanlışdır. Çünki,qulaq keçəcəyində bu çubuqlar ifrazatın bir hissəsini çıxararkən böyük bir qismini daha da irəliyə itələyərək qulaq kiri tıxacının yaranmasına səbəb olur.Bu halda tıxac həkim tərəfindən çıxarılmalıdır.

Yanlış: Eşitmə cihazının istifadəsi mümkün olduğu qədər gecikdirilməlidir.
Doğru: Eşitmə itkisi olan insanlarda daxili qulaq və eşitmə mərkəzini bağlayan yollar uzun müddət işləməzsə tənbəlləşir. Əgər müalicə zamanı eşitmədə bərpa mümkün olmursa eşitmə cihazı mütləq olaraq istifadə olunmalıdır.Əks halda geri dönüşü olmayan eşitmə itkisi yaşana bilər.

Yanlış: Kiçik yaşlı uşaqlarda-körpələrdə qulaq ağrısını yüngülləşdirmək məqsədi ilə qulağa ana südü, yağ və s.damlatmaq.
Doğru:Bu hal qulaq iltihabına,burun və yevstax borusunun ciddi problemlərinə yol aça bilər. Ayrıca bu maddələr patogen mikroorqanizmlər üçün əlverişli şərait olduğu üçün asanlıqla çoxala bilir.