Populyar məqalələr

Qastro-ezofageal reflyuks
10.10.2017 2467

Qastro-ezofageal reflyuks xroniki həzm sistemi xəstəliyidir. Xəstəlik mədədə olan turşuluğun və ya mədədə olan qalıqların qida borusuna geri qayıtması ilə xarakterikdir.

Hər bir insanda arada bir mədədə yanma hissi olmuşdur. Ancaq bu hal həftədə ən az iki dəfə baş verir və pasiyentin həyat keyfiyyətinə mənfi təsir edirsə, bu halda həkim müayinəsində olmaq vacibdir.

Əlamətləri:

  • Sinədə yanma hissi, arada bir ağızda turş dad hiss etmək
  • Sinədə ağrı
  • Udqunmada çətinlik (disfagiya)
  • Quru öskürək
  • Səs tutulması və ya boğaz ağrısı
  • Boğazda yad cisimin olma hissi

Qastro-ezofageal reflyuks əsas səbəbi asid reflyusudur, mədə turşuluğunun qida borusuna qayıtması nəticəsində özünü büruzə verir.

İnsan udqunanda alt ezofaqus sfinkteri (qida borusunun alt hissəsinin ətrafındakı dairəvi əzələ) qida və maye qəbul etdikdə boşalar, açılar. Daha sonra bağlanır.

Bu qapaq zəiflədikdə hər hansı səbəbə bağlı olaraq bağlanmadıqda mədə turşuluğu qida borusu ilə qayıda bilər.

Risk faktorları:

  • Çəki artıqlığı
  • Yırtıq
  • Hamiləlik
  • Siqaret
  • Quru ağız
  • Astma
  • Diabet

Diaqnoz kliniki əlamətlər və qastroskopiya müayinəsi vasitəsilə təyin edilir. Müalicəsi həkim tövsiyyəsi ilə dərmanlarla aparılır.