Xəbərlər

Qafqazın ilk JCI akkreditasiyalı xəstəxanası
07.09.2016 3674

JCI bu günə kimi dünyanın 90-dan çox ölkəsində minlərlə xəstəxananı yoxlamadan keçirmiş və bu xəstəxanalardan yalnız 867-si akkreditə olmaya müvəffəq olmuşdur.

JCI standartları dünyada qızıl standart sayıldığı üçün akkreditasiyadan keçmiş xəstəxanalar xüsusi qızıl rəngli fərqləndirmə nişanı ilə təltif edilir.

Qafqaz regionunda bu nişan ilə təltif olunma şərəfinə nail olan ilk xəstəxana Gəncə Beynəlxalq Xəstəxanasıdır.

Joint Commission International (JCI) qeyri-kommersiya təşkilatı 1994-cü ildə təsis edilmişdir. Baş ofisi Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində yerləşir.

JCI-ın başlıca məqsədi tibb mərkəzlərində xəstəyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin və xəstə təhlükəsizliyinin ölçülməsidir.

JCI bütün dünyada səhiyyə mərkəzlərinin akkreditasiyasını icra edən ən nüfuzlu və etibarlı təşkilat kimi qəbul olunur.

Akkreditasiyanın əldə edilməsi üçün xəstəxana JCI tərəfindən tərtib edilmiş, elmi sübutlara əsaslanan və dünyanın aparıcı mütəxəssisləri tərəfindən təsdiqlənmiş 1200-dən çox kriteriya və standartlar üzrə qiymətləndirilir.

JCI akkreditə etdiyi təşkilatlarla əlaqəni kəsmir və hər 3 ildə yenidən yoxlamalar keçirir. Yoxlama nəticələrinə əsasən akkreditasiyanın yenilənməsi və ya yenilənməməsi qərarı alınır.

Ümidvarıq ki qazanılan bu uğur ölkəmizin digər tibb mərkəzlərinə nümunə olacaq və onları JCI akkreditasıyasını əldə etməsinə həvəsləndirəcəkdir.