Populyar məqalələr

Osteoma
19.09.2017 1249

Osteid osteoma sümüyün xoşxassəli şişidir və xoşxassəli şişlərin 10%-ni təşkil edir. Uşaqlarda daha çox rast gəlinir. Oğlanlarda qızlara nisbətən 2-3 dəfə daha çoxdur. Ümumilikdə uzun sümüklərdə rast gəlinir. Osteoid osteoma əsasən ağrı ilə özünü büruzə verir. Ağrı əsasən gecə vaxtı özünü büruzə verir. Həmin nahiyədə ağrı ilə bərabər şişlik də olur.

Xəstəliyin diaqnozu əsasən rentgen müayinəsi ilə təyin edilir, KT müayinəsi ilə diaqnoz dəqiqləşdirilir.

Xəstəlik müalicə edilmədikdə pasiyentin həyat keyfiyyətinə mənfi təsir edir və patoloji sümük qırığına səbəb olur.

Müalicəsi əsasən cərrahi üsulla aparılır.