Xəbərlər

MAQNİTO - TERAPİYA
02.03.2021 964

Sabit, alçaq tezlikli dəyişən və impuls sahəsinin müalicə - profilaktika məqsədi ilə istifadə olunması Maqnitoterapiya adlanır. İstifadə olunan maqnit sahəsinin parametrlərinə görə sabit, impuls və alçaqtezlikli maqnit terapiyası olur.
#Maqnitoterapiya - insan orqanizminə fasiləli və aşağı tezlikli maqnit sahəsi ilə molekulyar səviyyədə təsir edərək hüceyrə daxilində maddələr mübadiləsini artırır, hüceyrə keçiriciliyini yaxşılaşdıraraq iltihab əleyhinə, ödem əleyhinə, sedativ, ağrıkəsici təsir edir. Qan damarlarını genişləndirir, qanın qatılığını və damarlarda tromb əmələ gəlməsini azaldır, yerli qan dövranin yaxşılaşdıraraq toxumalara oksigenin çatdırılmasına kömək edir. Apparat insan orqanizminin zədələnmiş toxumasına maqnit sahəsinin yürüyən impulsu ilə təsir edir. Yürüyən impulslu maqnit sahəsi 6-8 sm insan vücuduna daxil olur, buna görə bilavasitə müxtəlif orqanlara təsir edir. Bu apparatın tətbiqi litihabi prosseslərin simptomlarını aradan götürür, ağrıları aradan qaldırır, buna görə də qəbul olunan dərmanların sayı azaldılır.
Maqnitoterapiya üsulu ilə qan damar sistemi xəstəlikləri ( hipertoniya xəstəliyı I-II0, ürəyin işemik xəstəliyi I-II-lı stabil stenokardiya ilə, revmatizm, vegetativ damar distoniyası,infarkdan sonrakı kardioskleroz ), mərkəzi və perferik sinir sistemi travmalarında, onurğa və onurğa beyni travmalarında, onurğa beyni qan dövranı pozğunluqlarında, beyin qansızmaları, nevritlər, onurğa osteoxondrozu radikulitlər, artritlər, sınıqlar, burxulmalar, nevralqiyalar və s. müalicə edilir. Terapiya metodu kəskin və remissiya dövründə müxtəlifdir. Bir seansın müddəti 20-30 dəqiqə təşkil edir.
Müalicə kursu kəskin və xroniki formalarda eynidir, minimum 15, maksimum 20 prosedurdan ibarətdir.