Kampaniyalar

MAMMOQRAFİYA MUAYİNƏSİ 45 AZN
02.03.2021 214

Son zamanlar süd vəzi xərçəngi ən çox yayılan xəstəliklər siyahısına daxil olub. Bu xəstəliyin diaqnostikasında mammoqrafiya müayinəsi əvəzolunmazdır. Süd vəzi xəstəliklərinin və əsasən də xərçəngin erkən diaqnostikasında mammoqrafiya müayinəsi qızıl standart sayılır.
⚠️Mammoqrafiya müayinəsinə göstərişlər:
• Mastopatiya;
• Süd vəzinin xərçənginin diaqnostikası;
• Punksion biopsiya olunması üçün yerin düzgün təyin olunması;
• Qeyri-xərçəng xəstəliklərinin diaqnostikaları;
• Ptrotezləşdirdikdən sonra süd vəzisində meydana çıxan • fəsadlar;
• Süd axarlarının diaqnostikası və s.
⚠️Müayinədən öncə nə etməli?
• Həmin gün süd vəzi, sinə, qoltuqaltına dezodorant, losyon, talk, krem çəkmək olmaz. Bunlar mammoqrafiyada ləkə kimi görünəcək.
• Əgər müayinə zamanı süd vəzisi çox sıxılıb, ağrıyırsa, dözməyin, dərhal həkimə deyin.
• Mammoqrafiya menstrual tsiklin 5-12-ci günlərində olunur, bu ərəfədə süd vəziləri daha yumşaq olur.
⚠️Kimlərə olmaz?
• 40 yaşa qədər qadınlara (həkim göstərişi olmadan)
• Hamilələrə
• Südverən qadınlara (medicina)

Müayinədən sonra çəkilən görüntülər CD-diskinə yazılaraq pasiyentə təqdim edilir.