Populyar məqalələr

Laparoskopik apendektomiya
23.02.2018 1239

Kor bağırsaq nazik bağırsaqla yoğun bağırsağın birləşdiyi yerin altında 7 sm-lik bağırsaq çıxıntısıdır. Apendisit bir bakteriya iltihabıdır və 10-30 yaş arası insanlarda daha çox rast gəlinir.
Apendisit kor bağırsağın üzərində apendis adlanan hissənin iltihablaşması nəticəsində yaranan və şiddətli ağrılarla özünü büruzə verən infeksiyon xəstəlikdir. Apendiks perforasiyası və ya dəlinməsi həyati təhlükə daşıyır buna görə də xəstənin az bir müddətdə xəstəxanaya aparılması vacibdir.
Apendisitin əlamətləri aşağıdakılardır:
- Qarın ağrısı
- Qasıqda ağrı
- Ürək bulanması
- Qusma
- Hərarət
- İştahasızlıq
Müalicəsi əməliyyat vasitəsilə həyata keçirilir. Əməliyyat açıq və qapalı (laparoskopik) üsulla aparılır.
Laparoskopik apendektomiyanın açıq əməliyyatla müqayisədə bir çox üstünlükləri vardır. Xüsusilə qadın xəstələrdə apendisit ilə çox oxşar əlamətlərlə müşahidə olunan və buna görə də apendisitlə qarışıq salınır.
Yumurtalıq kistləri ilə bağlı xəstəliklər, boru daxili infeksiyalar və uşaqlıq xarici hamiləlik bu qəbildəndir.
Əməliyyata qapalı üsulla başlamaqla qarın boşluğu kamera ilə müayinə edilir, əgər apendisit aşkar edilirsə, əməliyyat icra edilir.
Əməliyyat ümumi anesteziya ilə 2 və ya 3 ədəd 1 sm-dək kəsiklər edilərək icra edilir.
Laparoskopik apendektomiya açıq əməliyyatla müqayisədə digər başqa üstünlükləri vardır, onlardan yara infeksiyası və yırtıq riskinin az olması, kosmetik baxımdan daha kiçik kəsiklə əməliyyatın icra edilməsi, digər əməliyyatla daha az ağrının olması, xəstənin normal həyatına daha az müddətdə qayıtması göstərilə bilər.