Konn sindromu və ya birincili aldosteronizm böyrəküstü vəzinin korteksində müxtəlif səbəblərə bağlı olaraq normadan daha çox aldosteron ifraz etməsi ilə özünü büruzə verən xəstəlikdir. Aldosteronun təsiri ilə böyrəklərdə çoxlu miqdara sodium geri sorulması müşahidə olunur. Sodiumun geri sorulması nəticəsində sidiklə bərabər potasium xaric edilməsinə səbəb olur. Nəticədə qanda sodiumun səviyyəsi normal və ya artmış, potasiumun səviyyəsi isə aşağı düşmüşdür. Bunun nəticəsində xəstədə aşağıdakı əlamətlər özünü büruzə verir:
Müalicə edilən bir çox hipetenziya səbəbindən biri olduğu üçün Konn sindromu diaqnozu qoymaq vacibdir. Əsasən 30-50 yaş arasındakı insanlarda rast gəlinir. Kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. Qan təzyiqi yüksək olan xəstələrdə qanda potasium səviyyəsi yüksək olan xəstələrdə Konn sindromunun araşdırılması vacibdir