Kampaniyalar

KOMPÜTER EMQ 55 AZN
11.03.2021 3493

Elektromioqrafiya - əzələlərin bioelektrik aktivliyini müəyyən edən diaqnostika üsuludur.
Elektromioqrafiya əsasında zədələnmiş əzələni innervasiya edən sinirin funksional vəziyyətini göstərir.
Elektromiograf adlı aparatla aparılan müayinə əzələ və periferik sinirlərin zədələnmə dərəcəsini, yerləşməsini, ağırlığını müəyyən edir. Aparat əzələlərin biopotensiallarını qeyd edir.

Elektromioqrafiya vasitəsilə aşağıdakı xəstəliklərə dəqiq diaqnoz qoymaq mümküdür:
• Əzələ distrofiyası və ya polimiozit
• Miasteniya gravis kimi əzələ ilə sinir hüceyrələri arasındakı əlaqəyə mənfi təsir edən xəstəliklər
• Periferik sinir xəstəlikləri (karpal kanal sindromu)
• Beyində və onurğa beyində motor neyronlarına təsir edən amiotropik lateral skleroz və iflic kimi xəstəliklər
• Sinirə təsir edən disk yırtıqları və s.

EMG təhlükəsiz prosedurdur. Müayinə həm stasionar həm ambulator şəraitdə aparıla bilər.


Nevroloq Uzm.Dr. Elvin Niftəliyev tərəfindən icra edilir.
@dr.elvinniftaliyev