Populyar məqalələr

Keratokonus
15.03.2018 1211

Keratokonus inkişaf etmiş miyopiya və astiqmatizm ilə bərabər gözün buynuz qişasının incəlməsi və sivriləşməsi ilə özünü büruzə verən xəstəlikdir. Xəstəlik 20-30 yaş aralığında daha sürətlə inkişaf edir və 30 yaşdan sonra inkişafı zəifləyir. Keratokonus maşın sürmə, kompüterdə işləmə və ya televizor izləməni daha da çətinləşdirir.

Keratokonusun yaranma səbəbi məlum olmasa da, inkişafında genetik və mexanik travmalar xüsusi rol oynayır. Gözün tez-tez ovxalanması kimi faktor da xəstəliyin inkişafına zəmin yaradır.

Xəstəliyin əlamətləri:

  • Gözdə tez-tez allergiya və ya qaşıntının olması
  • Sürətli inkişaf edən miyopiya və astiqmatizmin olması
  • İşığa qarşı həssaslığın artması
  • Gözün qamaşması

Xəstəliyin erkən diaqnozu sonrakı fəsadlardan qoruyur. Xəstəliyin erkən dövründə sərt kontakt linzalar istifadə edilir. Ancaq bu xəstəliyinin inkişafının qarşısı almır. CCL (Corneal Cross Linking), göz üçün halqalar keratokonusun müalicəsində istifadə olunur.