Xəbərlər

KATARAKTA ƏMƏLİYYATI
11.03.2021 473

Katarakta göz bəbəyinin arxasında yerləşən büllurcuğun zaman keçdikcə öz şəffaflığını itirməsi nəticəsində görməni zəifləməsinə səbəb olan xəstəlikdir.
Katarakta orta yaşlı insanlarla yanaşı yeni doğulmuş körpələrdə, şəkər xəstələrində, gözə xəsarət yetiriləndə, uzun müddət kortizon tərkibli preparatlar qəbul etmiş insanlarda da rast gəlinir.

Kataraktanın əlamətləri aşağıda qeyd olunanlardır:
- Mütəmadi olaraq görmənin azalması;
- İşığa qarşı həssaslıq (göz qamaşması);
- İki görmə;
- Oxumaqda çətinlik çəkmək;
- Gecələr zəif görmək;
- Rəngləri solğun və saralmış görmək;
- Tez-tez eynək nömrələrinin dəyişdirilməsi.

Katarakta dərman və ya eynəklə müalicə edilən xəstəlik deyildir. Onun tək müalicəsi əməliyyatdır. Gözdəki narahatlığın vaxtında qarşısının alınması üçün müəyyən edilmiş zamanlarda həkim müayinəsi vacibdir.

Kataraktanın cərrahi müalicəsi:
Hal – hazırda kataraktanın cərrahi müalicəsində daha müasir üsul olan Fakoemulsifikasiya istifadə edilir.
Bu zaman bulanmış büllur ultrasəs vasitəsilə kiçik hissələrə bölünərək aspirasiya olunur. Daha sonra büllur kisəsinə göz daxili linza yerləşdirilir.
Bü üsulda 2-3 mm ölçüdə kiçik kəsik aparılır və kəsiyə tikiş qoyulmur.
Əməliyyat yerli keyitmə ilə icra olunur.