Kampaniyalar

KARPAL TUNEL SİNDROMU1
01.03.2021 397

Əməliyyat Neyrocərrah Dr. Kənan Əzimov tərəfindən icra edilir.

Karpal kanal sindromu bir ya da hər iki əlin 3 barmağının tutulması əlamətləri ilə özünü büruzə verən xəstəlikdir. Əl biləyinin ortasında olan və 3 barmağa yayılan median sinirinin təzyiq altında qalması nəticəsində yaranır.

Əlamətləri:
- Ağrı
- Uyuşma
- Əllərdə gücsüzlük
- Şişkinlik
Əsasən 40-50 yaş arası xanımlarda rast gəlinir.

Artıq çəkili, spirtli içki içən, diabet və damar xəstəliklərindən əziyyət çəkən insanların bu xəstəliyə tutulma ehtimalı böyükdür.
Xəstəliyin diaqnozu əsasən EMG (elektromyoqrafiya) vasitəsi ilə qoyulur. Hissiyyat problemi olmayan xəstələrdə gecə yatarkən əli yuxarıda saxlamaq və vitamin B kompleksli dərmanlardan istifadə etməklə xəstəliyin verdiyi narahatlıqdan qurtulmaq olar. Bəzən xəstələr belə ağrılar zamanı biləyi möhkəm bağlayırlar. Bu xəstəliyin sürətli inkişafına səbəb olur.

Digər müalicə üsulu isə karpal kanala hidrokortizon injektə etməkdir.
Dərman müalicəsi nəticə vermədiyi təqdirdə daha çox sinir hüceyrələrinin məhvinə səbəb olmadan cərrahi müdaxilə vacibdir.