Populyar məqalələr

İnsulin rezistensliyi
13.03.2018 1254

İnsulin mədəaltı vəzinin ifraz etdiyi və şəkər metabolizmini nizamlayan bir hormondur. İnsulin öz vəzifəsini həyata keçirəndə insulin reseptoru-na bağlanır və aktivləşir. Bu reseptor müxtəlif səbəblərdən bağlanmazsa insulin qanda öz vəzifəsini icra edə bilmir.

İnsulin rezistensliyi bədəndəki şəkəri nəzarət altında saxlamaq üçün ifraz olunan insulinin öz təsirini qismən və ya tamamilə göstərə bilməməsi ilə özünü büruzə verir. Normal vəziyyətdən fərqli olaraq mədəaltı vəzi 2-3 qat artıq insulin ifraz etməli olur.

Bütün dünyada və ölkəmizdə durmadan artan çəki artıqlığı diabet xəstələrinin sayının artması insulin rezistensliyi olaraq adlanan metabolik problemi də paralel şəkildə özünü göstərir.

İnsulin rezistensliyində qidalanma vacib yerə sahibdir. Oturaq həyat tərzi qəbul etdiyimiz qidaların tam parçalanmadan çəki artıqlığına səbəb olmasına gətirib çıxarır.

İnsulin rezistensliyinin əlamətləri

  • Yeməkdən sonra qanda şəkərin düşməsi ilə ət titrəməsi, tərləmə
  • Yorğun hissi
  • Tez-tez şirin yemək istəyi
  • Bel nahiyəsinin böyüməsi
  • Qaracuyərdə piylənmə
  • Qadınlarda aybaşı pozğunluqları

İnsulin rezistensliyi diabet, ürək-damar xəstəlikləri və metabolik sindrom kimi bir çox ciddi xəstəliklərə səbəb olur.

Müalicədə ilk addım həyat tərzinin dəyişdirilməsidir. İnsulin rezistensliyinin erkən diaqnozu üçün həkim müayinəsindən keçmək vacibdir.