Fizioterapiyaya nə zaman müraciət etməliyik?
27.09.2017
1198
Fizioterapiya dedikdə müəyyən səbəblərə bağlı olaraq xəstələrin fiziki baxımdan məhdudluğun aradan qaldırılması üçün müalicənin tətbiq edildiyi bölmə anlaşılır. Fizioterapiya çoxşaxəli bir sahə olub bir çox bölmə ilə birbaşa və ya dolayısı ilə bağlıdır.
Fizioterapiyanın bir neçə ixtisaslaşmış sahələri vardır:
- Ürək-damar və ağciyər fizioterapiyası
- Kliniki elektrofiziologiya
- Geriatrik fizioterapiya
- İntegumentariya
- Nevroloji fizioterapiya
- Ortopedik fizioterapiya
- Pediatrik fizioterapiya
- İdman fizioterapiyası
Fizioterapiya əsasən aşağıda qeyd olunan məqamlarda tətbiq edilir:
- İnfarkt
- Xroniki obstruktiv ağciyər xəstəliyi
- Artrit
- Osteoparoz
- Alzeymer
- Qəbizlik
- Travmatik yaralar və yanıqlar
- Multipl Skleroz
- Parkinson
- Onurğa beyin travması
- Serebral iflic
- Yan amiotrofik skleroz
- Xroniki bel ağrısı
- İnsult
- Skolioz
- Ortopedik əməliyyatlardan sonra
- Koronar şuntlama əməliyyatından sonra
- Oynaq dəyişilməsi
- İdmançı travmaları