Populyar məqalələr

Əncir
26.08.2017 1392

Əncir zəngin vitamin tərkibi ilə yay fəslinin ən çox yeyilən meyvələrindən biridir. Sodium, kalium, maqneziumla zəngindir. Bununla yanaşı əncirin tərkibində C, B3, B6, B2 və K vitaminləri vardır. Tərkibində çox az dərəcədə yağ olan əncir ürək damar və həzm sisteminə çox faydalıdır.

Əncirin ən vacib xüsusiyyətlərindən biri sümüklərin möhkəm və sağlam olmasında müsbət təsir etməsidir.

Təzə əncir və bir o qədər də quru əncir təbii antibiotik rolunu oynayır. Tərkibindəki antioksidantlar qan və bağırsağın təmizlənməsinə yardımçı olurlar. Bununla yanaşı mədədə xora yaranmasının qarşısını alır. Qəbizliyə qarşı ən təbii vasitələrdən biridir, təzyiqin normal səviyyədə olmasında rol oynayır.