Diabet insulin hormonunun az ifraz olunması və ya ifraz olunan insulinin təsirsiz olması nəticəsində qan şəkərinin yüksəlməsinə səbəb olan endokrin-metabolik bir xəstəlikdir.
Şəkər xəstəliyi, həyat boyu davam edən bir xəstəlikdir. Müalicənin əsas məqsədi qan şəkərini normal səviyyədə qorumaq üçündür.
Beləliklə xəstəliyə bağlı ağırlaşmaların qarşısı alınır və gecikdirilir.
Şəkər xəstələrinin müalicəsində pəhriz vacib amildir. Ehtiyac olduğu zaman insulin və ya dərmanlar təyin edilir.
Yeyilən qidalar mədədə həzm edildikdən sonra şəkərə çevrilib qana keçir. Bu şəkərin bədəndə istifadə edilməsi, enerji təminatı üçün insulin hormonuna ehtiyac vardır. İnsulin hormonunun ifraz edilməməsi, az ifraz edilməsi və ya ifraz edilən insulinin təsirli olmaması nəticəsində qandakı şəkərin qalxmasına səbəb olur.
Hər şəkər xəstəsi sosial və ekonomik həyat tərzinə, qidalanma vərdişlərinə uyğun olaraq qidalanmalıdır.
Gündəlik pəhrizdə istifadə olunmalı qidalar:
1-ci qrup – Süd, qatıq, pendir
2-ci qrup – Ət, toyuq, balıq, paxlakimilər
3-cü qrup –taxılkimilər (bulqur, qarabaşaq və bəzi taxıl növləri
4-cü qrup – tərəvəz və meyvələr