Populyar məqalələr

Burun tıxanıqlığı
03.03.2018 1517

Burun insan sağlamlığı üçün vacib bir orqandır. Sağlam tənəffüs funksiyası və sağlam bədən üçün burun ilə nəfəs alıb vermək vacibdir. Burun sadəcə nəfəs aldığımız orqan deyildir, tənəffüs zamanı havanı nəmləndirir, qulağımızı havalandırır, ətirləri duymağımıza yardımçı olur.

Burun tıxanıqlığının bir çox səbəbi vardır. Burun tıxanıqlığının səbəbini endoskopla müayinə edildiyi zaman aşkar etmək mümkündür.

Burun tıxanıqlığının səbəbləri:

  • Burun çəpərində əyilmə
  • Alt burunda olan ətlərinin böyüməsi
  • Burun daxilində olan poliplər
  • Adenoidlər

Burun tıxanıqlığı olan xəstə davamlı olaraq ağızla nəfəs almağa məcbur olur, tez-tez təkrarlanan boğaz infeksiyalarından əziyyət çəkir. Xoruldama və yuxusuzluq yaranır. Səhər ağız quruluğu hiss edər.

Müalicəsi Otorinolarinqoloq tərəfindən səbəbinə uyğun olaraq dərman və cərrahi üsulla aparılır.