Populyar məqalələr

Bağırsaq yapışması
13.03.2018 2421

Bağırsaq yapışması (adhezion) termini əsasən nazik bağırsaq yapışması üçün istifadə edilir. Əməliyyatlardan sonra inkişaf edən nazik bağırsaq yapışması, bağırsaq düyünlənməsi səbəbləri arasında 45-60% nisbətlə birinci yer tutur. Digər nazik bağırsaq düyünlənməsinə səbəb olan faktorlar arasında xərçəng (20%), yırtıqlar (10%), Kron xəstəliyi (5%) və bağırsaq dönməsi (volvulus 3 %). Nazik bağırsaq düyünlənməsi, bütün cərrahi təcili xəstəliklərin 20%-ni təşkil edir.
İncə bağırsaq yapışması olan nahiyədə bir darlıq müşahidə olunur. Onun üzərində maye və havanın toplanması ilə nazik bağırsağı üst hissəsi genişlənir. Bu vəziyyət yapışma nahiyəsinin altı və üstündə nazik bağırsaq hərəkətlərində (peristaltizm) bir artıma səbəb olur və bol miqdarda yumşaq nəcis və anusdan qaz çıxışı olur. Tıxanıq olan nahiyə nazik bağırsağın mədəyə yaxın yerində olarsa qusma ola bilər.
Bağırsaq yapışmasını əlamətləri
• Qarında şişkinlik
• Qarın ağrısı
• Ürək bulanması
• Qusma
• Nəcisdə qan
• İshal (erkən mərhələdə)
• Qəbizlik (gecikmiş mərhələdə)
• Hərarət
• Taxikardiya
Bağırsaq yapışması aşğaıda qeyd olunan xəstəliklərlə qarışıq salına bilər:
• İltihabi bağırsaq xəstəliyi
• Düşük təhlükəsi
• Bağırsaq qidalanma pozğunluğu
• Öd kisəsi yolları iltihabı (xolangit)
• Öd kisəsi iltihabı (xolesistit)
• Yumurtalıq kisti boğulması
• Pankreatit
• Yoğun bağırsaq divertikulyarı
• Endometrioz
• Sidik yolu infeksiyası
• Həzm sistemində olan yad cisimlər
• Bağırsaq iltihabı (qastroenterit)
Qarın boşluğunda həddən çox bağırsaq yapışması olması və bunların bağırsaq ətrafında jelatin kimi bir təbəqə yaratması sklerozan kapsullu peritonit adlanır ki, bu da xəstənin həyatını 30-80% risk altına alır.